Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır

Line Spacing+- AFont Size+- Çap
04.12.2017

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 dekabr 2017-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan yeri və başlama vaxtı barədə məlumat DİM-in internet portalında yerləşdiriləcəkdir.

Namizədlərin qeydiyyatı 6 dekabr saat 18:00-dək davam edəcəkdir.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat və digər zəruri məsələlər haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

http://dim.gov.az/news/events/3494/