Xəbərlər
DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
DİM-də 4 aprel 2018-ci il tarixindən yeni təhsil proqramları əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini davam etdirəcək.
DİM-də 10 yanvar 2018-ci il tarixdən yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları fəaliyyətə başlayacaq.
İnzibati icraçı vəzifələrə aid olan qruplar üzrə keçirilən test imtahanından uğur əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatı sona çatır
Dövlət İmtahan Mərkəzi tərəfindən 27 dekabr 2017-ci il tarixdə vakant olan 198 rəhbər vəzifə üzrə (A növü) müsahibə (müsabiqənin müsahibə mərhələsi) elanı verilmişdir. Müsahibə üzrə qeydiyyat bir ay - 25 yanvar 2018-ci il tarixədək davam edəcəkdir.
Dekabrın 27-də Dövlət İmtahan Mərkəzinin Regional Bölmələrində (Gəncə, Lənkəran, Xaçmaz, Göyçay, Bərdə, Naxçıvan, Şəki, Şirvan) 2017-ci ildə keçirilən imtahanlarda xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə imtahanlarda fəal iştirak etmiş müəllimlər fəxri fərmanla təltif edilmişdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 25 dekabr 2017-ci il tarixində növbəti iclası keçirilmişdir.
25 dekabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən “Pullman” Baku hotelində tədbir keçirilib. Tədbirdə DİM rəhbərliyi və kollektivi, müəllimlər, ekspertlər, KİV nümayəndələri iştirak ediblər.