Magistratura səviyyəsinə qəbul olunmuş bakalavrlar haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
13.07.2016

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə  qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb. Qeydiyyat prosesi 28 iyun – 11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan ( o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçmişdir. 730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızlardır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Boş qalan plan yerləri haqqında məlumat  “Magistr” jurnalının 6 nömrəli buraxılışında verilcəkdir. İxtisaslaşma seçimi 08-14 avqust tarixlərində aparılacaq.