Magistr dərəcəsi almış gənclərlə görüş keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Magistr dərəcəsi almış gənclərlə görüş keçirilmişdir
29.07.2016

gorushh.JPG

28 iyul 2016-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi almış gənclərin görüşü keçirilmişdir.

M.Abbaszadə qeyd etmişdir ki, artıq 4 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək mütəxəssislərin (markerlərin) hazırlanması istiqamətində iş aparılır. İndiyədək ana dili və riyaziyyat fənləri üzrə mütəxəssislər hazırlanıb, lakin qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə də markerlərin hazırlanması nəzərdə tutulur.

gorushhhh.JPG

Görüşdə həmçinin, hər bir fənn üzrə magistrlarla yazı işlərinin yoxlanılması ilə bağlı praktik treninqlər keçiriləcəyi, treninqdə uğurla iştirak edənlərin yazı işlərinin yoxlanılmasına marker qismində cəlb olunacağı və əməkdaşlığın müxtəlif sahələr üzrə aparılacağı vurğulanmışdır.

Sonda M.Abbaszadə gənc mütəxəssisləri maraqlandıran sualları cavablandırmışdır.