DİM Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib

Line Spacing+- AFont Size+- Çap
22.12.2016

Dövlət İmtahan Mərkəzi dekabrın 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

İmtahan saat 10:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılmışdır.

İmtahan prosesi təlimata uyğun şəkildə keçirilmiş, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır.