“Magistr” xüsusi buraxılışının 1-ci sayı nəşr edilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Magistr” xüsusi buraxılışının 1-ci sayı nəşr edilmişdir
24.02.2017

Dövlət İmtahan Mərkəzi tərəfindən “Magistr” xüsusi buraxılışının 1-ci sayı nəşr edilmişdir Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilmişdir.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Jurnal aşağıdakı kitabxanalara göndərilmişdir:

Azərbaycan Respublikası Milli Kitabxanasına
Ünvan:  AZ1000,Bakı,Səbail,Xaqani, 57.

Azərbaycan Respublikası Prezidentinin kitabxanasına
Ünvan:  AZ1005, Bakı, Səbail, Nizami, 58.

Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına
Ünvan:  AZ1073, Bakı, Səbail, Parlament, 1.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına
Ünvan:  AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına
Ünvan:  AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə.

Bakı Dövlət Universitetinin Elmi kitabxanasına
Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi, 23 (BDU, əsas bina).