Magistratura və rezidentura səviyyələrinə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
14.03.2017

Magistratura və rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı, imtahan günləri və ayrılan vaxt, sualların sayı haqqında sizdə əyani və aydın təsəvvür yaratmaq üçün aşağıdakı cədvəlləri təqdim edirik. Xatırladaq ki, “Magistr” və “Rezidentura” jurnallarının 2017-ci il tarixli 2 saylı buraxılışında və internet saytımızda namizədlər üçün lazım ola biləcək bütün məlumatlar var.

Magistratura səviyyəsinə qəbul

İmtahanın mərhələləri və onlara ayrılan vaxt

Bakalavrın yerinə yetirdiyi işlər və onların vaxtı

Yoxlanılan keyfiyyət

Test tapşırıqlarının sayı

I mərhələ (bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 2 saat 30 dəqiqə)

Elektron ərizənin doldurulub təsdiq edilməsi
(10 - 17.03.2017)
İmtahana buraxılış vərəqəsinin çap edilməsi
(05 - 08.04.2017)
Qəbul imtahanı (09.04.2017)

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

50 (o cümlədən,
açıq formalı 5)

İnformatika üzrə biliklər

25 (o cümlədən,
açıq formalı 5)

Xarici dili bilmə səviyyəsi

25 (o cümlədən,
açıq formalı 5)

II mərhələ
(ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 1 saat 30 dəqiqə)

Qəbul proqramının seçimi və təsdiq edilməsi (15 - 22.05.2017)
İmtahana buraxılış vərəqəsinin çap edilməsi (31.05 - 03.06.2017)
Qəbul imtahanı (04.06.2017)

İxtisas üzrə biliklər

50*(o cümlədən,
açıq formalı 5)

Rezidentura səviyyəsinə qəbul


İmtahanın mərhələləri və onlara ayrılan vaxt

Namizədin yerinə yetirdiyi işlər və onların vaxtı

Yoxlanılan keyfiyyət

Test tapşırıqlarının sayı

I mərhələ
(baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) (imtahana ayrılan vaxt 2 saat 30 dəqiqə)

Elektron ərizənin doldurulub təsdiq edilməsi
(10 - 17.03.2017)
İmtahana buraxılış vərəqəsinin çap edilməsi
(03 - 08.04.2017)
Qəbul imtahanı (09.04.2017)

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi

100 (o cümlədən,
açıq formalı 10)

II mərhələ
(ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 2 saat 30 dəqiqə)

II mərhələyə buraxılmış namizədlərin qeydiyyatı (15 - 22.05.2017)
İmtahana buraxılış vərəqəsinin çap edilməsi (25.06 - 05.07.2017)
Qəbul imtahanı (05.07.2017)

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi

100 (o cümlədən,
açıq formalı 5)

* Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (“Magistr” jurnalının 2017‑ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).