DİM-də Apelyasiya Komissiyası yaradılıb

Line Spacing+- AFont Size+- Çap
09.04.2017

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının 9 aprel 2017-ci il tarixində keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.