Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
18.04.2017

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən, imtahanın I mərhələsində nəticələri DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin IELTS imtahanı üzrə tələbləri (minimum 5 bal) ödəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə Akademiyanın müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Həmin ixtisaslar üzrə ADBTİA-nın müəyyən etdiyi müsabiqə şərtləri ilə aşağıda tanış ola bilərsiniz:

“İdman jurnalistikası” və “İdman menecmenti” ixtisasları

Bu ixtisasları seçən bakalavrlar ADBTİA-nın veb səhifəsində (www.sport.edu.az) qeydiyyatdan keçərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. ADBTİA onlayn ərizə forması
2. Tərcümeyi-hal və ya CV (maksimum 2 səhifə)
3. Bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surəti
4. Bakalavr diplomuna əlavənin (qiymət cədvəli) notarial qaydada təsdiq olunmuş surəti
5. Şəxsiyyət vəsiqəsinin və ya pasportun (xarici ölkə vətəndaşları üçün) surəti
6. iki ədəd 3x4 sm ölçüdə fotoşəkil (yeni çəkilmiş)

“İdman jurnalistikası” ixtisası

Bu ixtisas üzrə müsahibə 2 mərhələdən ibarətdir:

I mərhələ - şifahi sorğu (15-20 dəqiqə) 
II mərhələ - yazı işi (45 dəqiqə)
Birinci mərhələdə müsahibə sualları aşağıdakı kateqoriyadan olan sahələri əhatə edəcək:
  • Akademik nailiyyətlər
  • Müvafiq iş təcrübəsi
  • İdman jurnalistikasının müasir problemləri barədə bilik və mülahizələr
  • Dil və ünsiyyət qabiliyyəti
  • Şəxsi keyfiyyətlər
Müsahibə zamanı bakalavrların bilik və bacarıq səviyyəsi beş ballıq sistemlə qiymətləndiriləcək. 3-5 qiymət almış bakalavrlar müsahibədən “məqbul” almış hesab edilirlər. Birinci mərhələdə “qeyri-məqbul” qiymət almış bakalavrlar ikinci mərhələyə (yazı işi) buraxılmırlar.
II mərhələdə bakalavrlara idman sahəsinə aid 600 sözdən ibarət mətn təqdim olunacaq. Onlar növbəti 45 dəq ərzində bu mətnin məğzini və əsas fikirlərini əks etdirən 250 sözlük yeni bir mətn yazıb, müsahibə komissiyasına təqdim etməlidirlər. Bakalavrların bilik və bacarıq səviyyəsi beş ballıq sistemlə qiymətləndiriləcək. 3-5 qiymət almış bakalavrlar müsahibədən “məqbul” almış hesab edilirlər.
Hər iki mərhələdə “məqbul” qiymət almış bakalavrlar yekunda da “məqbul” qiymət alaraq müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

Müsahibə 1 və 2 may tarixlərində Bakı şəhəri F.X.Xoyski prospekti, 98 ünvanında yerləşən ADBTİA-nın binasında keçiriləcəkdir.

“İdman menecmenti” ixtisası

Müsahibə sualları aşağıdakı kateqoriyadan olan sahələri əhatə edəcək:

  • Akademik nailiyyətlər
  • Müvafiq iş təcrübəsi
  • İdman menecmentinin müasir problemləri barədə bilik və mülahizələr
  • Dil və ünsiyyət qabiliyyəti
  • Şəxsi keyfiyyətlər
Müsahibə zamanı bakalavrların bilik və bacarıq səviyyəsi 5 ballıq sistemlə qiymətləndiriləcək. 3-5 qiymət almış bakalavrlar müsahibədən “məqbul” almış hesab edilirlər.

Müsahibə 3 və 4 may tarixlərində Bakı şəhəri F.X.Xoyski prospekti, 98 ünvanında yerləşən ADBTİA-nın binasında keçiriləcəkdir.

“İdman tibbi və reabilitasiya” ixtisası

Bu ixtisası həkim-mütəxəssis peşə ixtisas dərəcəsi olan və ya ona bərabər tutulan şəxslər seçə bilər.

“İdman tibbi və reabilitasiya” ixtisasını seçənlər ADBTİA-nın veb səhifəsində (www.sport.edu.az) qeydiyyatdan keçərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. ADBTİA onlayn ərizə forması
2. Tərcümeyi hal/CV (maksimum 2 səhifə)
3. Diplom (ingilis dilinə tərcümə olunmuş, notarial qaydada təsdiq edilmiş)
4. Diploma əlavə/qiymət vərəqi (ingilis dilinə tərcümə olunmuş, notarial qaydada təsdiq edilmiş)
5. İxtisas sertifikatı/Rezidentura diplomu (ingilis dilinə tərcümə olunmuş, notarial qaydada təsdiq edilmiş)
6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun (xarici ölkə vətəndaşları üçün) surəti
7. İki ədəd 3x4 sm ölçüdə (yeni çəkilmiş) fotoşəkil

Müsahibə sualları aşağıdakı kateqoriyadan olan sahələri əhatə edəcək:

1. Müvafiq iş təcrübəsi
2. Ünsiyyət qabiliyyəti və şəxsi keyfiyyətlər
3. Təxirə salınmaz hallarla (BLS, TLS) bağlı suallar
4. Zədələrlə bağlı suallar
5. İdman tibbi və reabilitasiya sahəsində kliniki hallar

Müsahibə zamanı bakalavrların bilik və bacarıq səviyyəsi hər bir kateqoriya üzrə 5 ballıq sistemlə qiymətləndiriləcək. Yekunda 13 daha çox bal toplamış şəxslər “məqbul” qiymət almış hesab edilirlər.

Müsahibə 26 və 27 may tarixlərində Bakı şəhəri F.X.Xoyski prospekti, 98 ünvanında yerləşən ADBTİA-nın binasında keçiriləcəkdir.

Qeyd: Hər 3 ixtisas üzrə iki və daha artıq şəxs “məqbul” qiymət aldıqda üstünlük DİM tərəfindən keçirilən magistraruraya qəbul imyahanının birinci mərhələsində daha çox bal toplayan şəxslərə verilir.