Aprelin 12-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
16.04.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 12-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 16-da saat 16:30-dan etibarən elan edib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48376 abituriyentdən 2551 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 9 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45816 abituriyentin imtahan nəticələri yerləşdirilib.