AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Aprelin 19-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
22.04.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 19-da keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 22-də saat 15:30-dan etibarən elan edib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48049 abituriyentdən 2966 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45080 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

Bir nəfər abituriyent I ixtisas qrupundan 700 bal toplayıb.