Abituriyentlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
02.03.2016

TQDK 3, 10, 24 aprel və 8 may tarixlərində ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçirəcəkdir. Respubilakmızın bütün rayonlarını əhatə edəcək-sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. Sınaq imtahanına yazılış yalnız elektron qaydadadır. İmtahana yazılmaq üçün abituriyent əvvəlcə ödəmə kartını əldə etməlidir. Daha sonra isə TQDK-nın rəsmi internet saytında qeydiyyatdan keçməlidir.

Qəbul imtahanı proqramına uyğun şəkildə keçiriləcək sınaq imtahanında abituriyentlər öz bilik səviyyəsini yoxlayır, imtahan texnologiyası ilə tanış olur və imtahanlara psixoloji cəhətdən hazır olur. Bu baxımdan sınaq imtahanı əsasən cari ilin məzunları üçün nəzərdə tutulur. Amma təcrübə göstərir ki, sınaq imtahanına yazılanların yalnız 81 %-i  bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərdir. 

Qeyd edək ki, 3 aprel sınaq imtahanına yazılanların 17 %-i 10-cu sinif, 2 %-i 9-cu sinif şagirdləridir.      

Sınaq imtahanına ayrılan yerlərin orta məktəb məzunları üçün nəzərdə tutulduğunu və aşağı sinif şagirdlərinin orta məktəb  proqramını tam başa çatdırmadığından onlarda psixoloji gərginlik yaradacağını nəzərə alaraq 9 və 10-cu sinif şagirdlərinin bu imtahanlarda iştirakı tövsiyyə olunmur.    

Bundan əlavə sınaq imtahanları bir ay davam edir və bir həftə ərzində abituriyentin bilik səviyyəsində ciddi dəyişiklik olmayacağını nəzər alsaq onların hər həftə davamlı olaraq sınaq imtahanlarında iştirak etməsi vacib deyildir.