AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Aprelin 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
13.04.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 13-də saat 11:00-dan etibarən elan edib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49116 abituriyentdən 2655 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib.