TQDK rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib.

Line Spacing+- AFont Size+- Çap
04.04.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş və imtahanın gedişinə nəzarət olunmuşdur.

Aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan olunacaq.

Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.