Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlandı.

Line Spacing+- AFont Size+- Çap
04.04.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini aprelin 4-də saat 17:30-dan etibarən elan etmişdir. 

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. 

Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

  
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1239 nəfər namizəddən 53 nəfəri imtahana gəlməmişdir. 442 nəfər namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. 

Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan , 77 bal olmuşdur. 

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 29-da keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.