Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır

Line Spacing+- AFont Size+- Çap
19.07.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 19 iyul 2016-cı il tarixindən etibarən rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə onlayn sınaq imtahanı aparılır. Arzu edənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanında iştirak edə bilərlər.