AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Rezidenturaya qəbul imtahanının II mərhələsi üçün “Namizədin imtahana buraxılış vərəqi”nin onlayn verilməsi davam edir

Line Spacing+- AFont Size+- Çap
26.07.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcəkdir.

 Bu imtahanda iştirak etmək üçün ərizə vermiş namizədlər iyulun 21-dən etibarən TQDK-nın internet saytına (https://eservices.tqdk.gov.az/brxvrez/?frm=egov) daxil olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. 11:30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 442 namizəddən 58 nəfəri  “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməyib.

Namizədlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “Namizədin imtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Xatırladırıq ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə onlayn sınaq imtahanı aparılır. 26 iyul saat 11:30-a olan məlumata əsasən, cəmi 174 nəfər sınaq imtahanında iştirak edib. Arzu edənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanında iştirak bilik səviyyəsini yoxlamağa, çətinlik çəkilən mövzuları aşkar edib, həmin mövzulara aid biliklərini artırmağa vadar etdiyindən  namizədlərə onlayn sınaq  imtahanından  yararlanmaq tövsiyə olunur.