Rezidentura imtahanında iştirak etmiş namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

Line Spacing+- AFont Size+- Çap
29.07.2016

2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 2016-cı il iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 1 və 2 avqust 2016-cı il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.