AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub

Line Spacing+- AFont Size+- Çap
08.08.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 8-də saat 16:30-dan etibarən 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. 

Nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727  nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 374 namizəddən 365 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 95 nəfərini oğlanlar, 270 nəfərini qızlar təşkil edir. 244 namizəd cari ilin, 121 namizəd isə əvvəlki illərin məzunudur.

Qeyd edək ki, qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu “Rezidentura” jurnalının 4-cü sayını avqustun 9-dan etibarən aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; 
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalın elektron versiyasını da (pdf formatında) avqustun 9-dan TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 9-dan 15-dək olan müddətdə müvafiq quruma:

·           Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbayca Respublikası Müdafiə Nazirliyinə;

·           Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

·           Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.