“Rezidentura” xüsusi buraxılışının 4-cü sayı çap edilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Rezidentura” xüsusi buraxılışının 4-cü sayı çap edilmişdir
09.08.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Rezidentura” xüsusi buraxılışının 4‑cü nömrəsini nəşr etmişdir. Jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar dərc olunmuşdur.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

Xatırladırıq ki, rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 9‑dan 15-dək olan müddətdə müvafiq quruma:

·           Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbayca Respublikası Müdafiə Nazirliyinə;

·           Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

·           Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.