Rezidenturaya qəbul imtahanının (baza fənləri üzrə) nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
11.04.2017

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini  elan etmişdir.

Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməmişdir. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunmuşdur. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini  (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan , 83 bal olmuşdur.

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 5-də keçiriləcək.