Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

Line Spacing+- AFont Size+- Çap
04.05.2017

Rezidenturaya qəbul olmaq üşün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib 2017-ci il mayın 4-dən 22-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 5-də keçiriləcəkdir.