Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
07.07.2017

Artıq müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlər məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini (“Rezidentura səviyyəsinə qəbul imtahanının nəticələri ilə əlaqədar statistik məlumat”) nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər. 

Əziz namizədlər, bilirik ki, sizi ötən illərin müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün istiqamətverici rolunu oynaya bilər. Odur ki, sizə 2016-cı ildə rezidenturaya qəbul müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı da məsləhət görürük (“Rezidentura” jurnalı №3, 2017, (2016-cı ildə rezidenturaya qəbul müsabiqəsində formalaşmış keçid balları)). 

Namizədlərə ixtisas seçimindən əvvəl həkim-mütəxəssis olmaq istədiyi sahə üzrə qısa araşdırma aparmağı, təhsil almaq istədiyi tibb müəssisələrinin tələbləri, maddi-texniki bazası, kadr potensialı, onların elmi fəaliyyət istiqamətləri və s. ilə tanış olamağı tövsiyə edirik.