30 iyun buraxılış imtahanı başa çatıb

Line Spacing+- AFont Size+- Çap
30.06.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları  keçirib. 

9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb. 

İyulun 1-dən  etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.