AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak etmiş məzunları haqqında

Line Spacing+- AFont Size+- Çap
18.07.2016

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak etmiş 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 113 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yekun qiymətlər çıxarılmışdır. Buraxılış imtahanlarında bu məzunlardan IX sinif üzrə 4 nəfər ana dili və riyaziyyat fənlərindən, XI sinif üzrə 6 nəfər xarici dil fənnindən “4” və “5” qiymətləri almışdır.  Keçən il olduğu kimi bu il də TQDK tərəfindən xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulmuşdur.