2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair Bakı şəhərində keçirilən konfrans

Line Spacing+- AFont Size+- Çap
2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair Bakı şəhərində keçirilən konfrans
19.12.2016
19.12.2016_baki_1_(1).JPG

19 dekabr 2016-cı il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzi Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair konfrans keçirib.

Konfransda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müvafiq fənn müəllimləri və metodistlər iştirak ediblər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına və ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxış edərək, bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib və sualları cavablandırıb.

Daha sonra Azərbaycan dili və riyaziyyat fənləri üzrə seksiya iclaslarında müzakirələr davam etdirilib.

19.12.2016_baki_4.JPG

Azərbaycan dili fənni üzrə seksiya iclasında Afiqə Batıyeva buraxılış imtahanı proqramı, Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıblar.

Riyaziyyat fənni üzrə seksiya iclasında Oleq Şelaqinov, Aydın Qasımov və Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev buraxılış imtahanı proqramı, Gənc istedadlar liseyinin müəllimi Aqşin Abdullayev isə test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verərək sualları cavablandırıblar.