9-cu sinif şagirləri üçün "Azərbaycan dili" və “Русский язык” fənləri üzrə vəsaitlər nəşr olunmuşdur

Line Spacing+- AFont Size+- Çap
9-cu sinif şagirləri üçün "Azərbaycan dili" və “Русский язык”  fənləri üzrə vəsaitlər nəşr olunmuşdur
02.03.2017
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün “AZƏRBAYCAN DİLİ” və “РУССКИЙ ЯЗЫК”  fənləri üzrə vəsaitləri nəşr etmişdir. 
Vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitlər, iki hissədən ibarətdir. Birinci hissədə yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.
Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.
Vəsaitləri DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m. 
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.