Yeni təhsil proqramı (kurikulum) üzrə ayrı-ayrı fənlərdən X sinif üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

Line Spacing+- AFont Size+- Çap
19.05.2017

11-12 və 15-19 may 2017-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramları (kurikulumlar) üzrə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, kimya, fizika, ədəbiyyat (rus bölməsi), rus dili (rus bölməsi), biologiya, Azərbaycan tarixi, ümumi tarix, coğrafiya, riyaziyyat fənlərindən X sinif üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış işçi qruplarının iclasları keçirilib.

Gündəlik məsələ kitabça müəlliflərinin müəyyən edilməsi, strukturun dəqiqləşdirilməsi, məzmun xətləri üzrə yoxlanılması mümkün olan alt standartların seçilməsi, tədris vahidləri əsasında hazırlanacaq variantların bölgüsünün aparılması olmuşdur.

İclaslarda ümumtəhsil məktəblərində müvafiq fənni yeni təhsil proqramı (kurikulum) əsasında tədris edən müəllimlər və bu proqramla tanış olan mütəxəssislər arasından kitabçanı hazırlayacaq müəlliflər seçilib. Həmçinin kitabçaların strukturu dəqiqləşdirilmiş, yoxlanılacaq alt standartlar seçilmiş, tədris vahidləri əsasında hazırlanacaq variantların bölgüsü aparılmışdır.

“Qiymətləndirmə tapşırıqları” kitabçalarının hazırlanmasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən http://www.trims.edu.az saytında yerləşdirilmiş X sinif dərslik komplektlərinin layihələrinin elektron versiyasına istinad ediləcək.

Növbəti iclaslarda hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.