İyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı. İmtahan nəticələri ilə əlaqədar yaradılan Apelyasiya Komissiyaları 29-30 iyun tarixlərində fəaliyyət göstərəcək

Line Spacing+- AFont Size+- Çap
24.06.2017
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
İmtahanın nəticələri iyunun 24-də saat 18:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.
IX sinif üzrə məlumatlar
İmtahanda iştirakı gözlənilən 31715 şagirddən 348 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
XI sinif üzrə məlumatlar
İmtahanda iştirakı gözlənilən 25372 şagirddən 924 nəfəri imtahana gəlməyib. 14 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradılıb. Şagird və ya abituriyentlər Apelyasiya Komissiyalarına 29-30 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək.
• DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)
• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100);


Bundan əlavə, 30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, istirahət və bayram günləri olmasına baxmayaraq imtahanla əlaqədar sənədlərində hər hansı problem olanlar hər gün saat 10:00-dan 16:00-dək Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu Mikayıl Müşviq küçəsi, 1M ünvanında yerləşən binasına müraciət edə bilərlər.