Martın 5-də 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsində istifadə olunmuş “sual kitabçaları”, “cavab vərəqi” nümunəsi, “qiymətləndirmə meyarları”

Line Spacing+- AFont Size+- Çap
04.07.2017

Dövlət İmtahan Mərkəzi 5 mart 2017-ci il tarixində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsində istifadə olunmuş “sual kitabçaları”nı, həmçinin “cavab vərəqi” nümunəsini, “qiymətləndirmə meyarları”nı və qapalı tipli test tapşırıqları üzrə etalon cavabları  Mərkəzin saytında yerləşdirmişdir (pdf faylı şəklində).

Aşağıdakı keçidlərdən istifadə etməklə 05 mart tarixində keçirilmiş buraxılış imtahanının I mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B, C, D variantları) “sual kitabçaları”, “cavab vərəqi” nümunəsi, açıq tipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” və qapalı tipli test tapşırıqları üzrə “etalon cavablar” ilə tanış ola bilərsiniz.

Xatırladaq ki, ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında keçirilmişdir. İmtahanın birinci mərhələsinin nəticələri may ayının sonlarından etibarən mərhələli şəkildə elan edilmişdir. Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, “cavab vərəqi”nin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdir.

Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunub.