Dövlət İmtahan Mərkəzi cari ilin buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirib

Line Spacing+- AFont Size+- Çap
16.09.2017

Dövlət İmtahan Mərkəzi bu gün 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün  əlavə imtahan keçirib.

Buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanlarda iştirak etmək üçün  IX sinif  buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagird sənəd verib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.

Sentyabrın 17-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.