AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Musiqi sənəti” istiqamətli ixtisaslar üzrə elmi-metodiki seminar

Line Spacing+- AFont Size+- Çap
27.11.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il noyabrın 27-də 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Xalqçalğı alətləri ifaçılığı”, “Musiqi müəllimliyi” ixtisasları üzrə elmi-metodiki seminar keçirmişdir. Seminarda bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətini təmsil edən nümayəndələri ştirak etmişlər. Tədbirin gedişini canlı internet bağlantısı vasitəsilə TQDK-nın Naxçıvan Regional Bölməsinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin, həmçinin TQDK-nın Gəncə Regional Bölməsinin əməkdaşları və Gəncə Dövlət Universitetinin nümayəndələri də izləmişlər.
Seminarı giriş sözü ilə TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri N.Əliyev açaraq müzakirə ediləcək imtahan proqramları və qiymətləndirmə meyarları haqqında məlumat vermişdir. İclasda seçmə turların və qabiliyyət imtahanlarının daha səmərəli təşkili üçün bir sıra təkliflər müzakirə edilmişdir.

Tədbir iştirakçıları müzakirələrdə çıxış edərək, seçmə tur və imtahan prosesini daha da təkmilləşdirmək üçün öz fikir və təkliflərini bildirmişlər.

Ali təhsil müəssisələrinin “Xalq çalğı alətləri ifaçılığı”, “Musiqi müəllimliyi” ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları elmi-metodiki seminarda müzakirələrdən sonra təsdiq edilmişdir. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr edilərək “Musiqi sənəti” adlı vəsaitdə veriləcəkdir.