Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar

Line Spacing+- AFont Size+- Çap
Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar
02.12.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il dekabrın2-də 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi” və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə elmi-metodiki seminar keçirmişdir. Seminarda bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Bakı Sənaye-Pedaqoji Kollecinin, Bakı Sosial Pedaqoji Kollecinin professor-müəllim heyətini təmsil edən nümayəndələr iştirak etmişlər.

Tədbirə canlı internet bağlantısı vasitəsilə TQDK-nın Naxçıvan Regional Bölməsinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin nümayəndələri, həmçinin TQDK-nın Gəncə Regional Bölməsinin əməkdaşları və Gəncə Dövlət Universitetinin nümayəndələri də qoşulmuşlar.
TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri N.Əliyev iclası giriş sözü ilə açaraq keçən tədris ilində qarşıya çıxan problemlərdən danışmış, onların həll edilməsinin yolları barəsində fikirlərini bildirmişdir. N.Əliyev qabiliyyət imtahanlarının və seçmə turların daha səmərəli təşkili ilə əlaqədar TQDK-nın təkliflərini iştirakçıların nəzərinə çatdırmışdır. O, qabiliyyət imtahanlarının proqramlarının, normativlərinin və qiymətləndirmə meyarlarının seminarda müzakirə olunaraq təsdiq edilməli olduğunu da qeyd etmişdir.

Tədbir iştirakçıları müzakirələrdə yaxından iştirak edərək öz fikir və təkliflərini bildirmişlər.
Ali təhsil müəssisələrinin “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi”, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə qəbul proqramları, normativlər və qiymətləndirmə meyarları elmi-metodiki seminarda müzakirələrdən sonra təsdiq edilmişdir. Həmin proqramlar, normativlər və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr ediləcək “Bədən tərbiyəsi və idman” vəsaitində veriləcəkdir.