Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsaitlər

Line Spacing+- AFont Size+- Çap
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsaitlər
17.03.2016

idman_2016_abl.jpgMemarliq_2016_abl.jpgMusiqi_2016_abl.jpgtesviri-incesenet_2016_abl.jpgTeatr-kino_2016_abl.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri hazırlamışdır. Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapmışdır. 

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilmişdir:

  1. Təsviri sənət
  2. Musiqi sənəti
  3. Memarlıq və dizayn
  4. Teatr, kino və xoreoqrafiya sənətləri
  5. Bədən tərbiyəsi və idman
Vəsaitlərdə həmçinin ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilmışdır.

Vəsaitlərin elektron versiyasını (pdf formatında) TQDK-nın internet saytının "Elektron xidmətlər"
bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə
ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/)