AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
25.04.2016

2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcəkdir. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaqdır. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK‑nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Elektron qeydiyyatın tarixləri aşağıdakı kimidir:

– ali təhsil müəssisələrinin I qrup “memarlıq” ixtisası üzrə – aprelin 15-dən 30-dək;

– ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək;

– tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək;

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək.

Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 2016-cı il tarixli 2-ci sayında verilmişdir. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri “Abituriyent” jurnalının 3-cü sayında nəşr ediləcəkdir.