Ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin Xüsusi qabiliyyət tələb edən “Musiqi sənəti” istiqamətli ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
24.05.2016

Musiqi sənəti istiqamətinin qarmon aləti üzrə sənəd verən abituriyentlər qabiliyyət iimtahanında aşağıdakı proqramı ifa etməlidirlər.

1. Bir etüd

2. İki müxtəlif xarakterli pyes

3. Muğam

Qabiliyyət imtahanında abituriyent proqramı ifa etməli və ifaçılıq qabiliyyətini nümayiş etdirməlidir. İfa edilən proqramın ümumi səslənmə müddəti 15-20 dəqiqə olmalıdır. Əsərlər mütləq fortepiano alətinin müşayiəti ilə ifa olunmalı və abituriyent ifa edəcəyi əsərlərin notlarını imtahana gətirməlidir.

Abituriyentlər təxmini repertuar üçün TQDK-nın cari ildə hazırladığı “Musiqi sənəti” vəsaitində tam orta  təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin qarmon aləti üzrə verilmiş repertuara baxa bilərlər. Vəsaiti TQDK-nın saytından elektron formada əldə etmək mümkündür.