Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodik seminar keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
17.10.2017

Dövlət İmtahan Mərkəzi 2017-ci il oktyabrın 16-da 2017/2018-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilmiş qabiliyyət imtahanlarının yekunlarına həsr edilmiş seminar keçirmişdir.

Seminarda qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Sumqayıt Dövlət Universitetinin,  Qərb Universitetinin, Xəzər Universitetinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin,  Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Bakı Humanitar Kollecinin,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin professor-müəllim heyətini təmsil edən nümayəndələr iştirak etmişlər. Seminarda həmçinin canlı bağlantı vasitəsi ilə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitunun, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyətinin nümayəndələri də iştirak etmişlər.DİM-in Bərdə, Şəki, Göyçay, Şirvan, Lənkəran Regional Bölmələrində yaradılan canlı bağlantı vasitəsi ilə bu regionlarda yerləşən xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul aparılan kolleclərin nümayəndələri də seminarın gedişini izləmişlər.

Seminarı giriş sözü ilə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadəaçaraq 2017/2018-ci tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının yekunlarına dair məlumatları seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Sədr həmçinin seminar iştirakçılarına 2019-cu ildə qəbul imtahanında tətbiq ediləcək yeniliklər haqqında məlumatvermişdir.

Seminarda bu il keçirilmiş qabiliyyət imtahanlarının nəticələri müzakirə edilmiş, qarşıya çıxan bir sıra məsələlərin növbəti tədris ilində keçiriləcək qabiliyyət imtahanlarında nəzərə alınmasının zəruriliyi qeyd edilmişdir.

Təhsil müəssisələrinin nümayəndələrinə tövsiyə olunmuşdur ki, qabiliyyət imtahanlarının proqramlarını, qiymətləndirmə meyarlarını bir daha nəzərdən keçirərək təklif və düzəlişlərini DİM-ə təqdim etsinlər və bu imtahanlarla bağlı materiallar vaxtında nəşr edilərək abituriyentlərin istifadəsinə verilsin.

Qabiliyyət imtahanları ilə bağlı müzakirələr istiqamətlər üzrə elmi-metodik seminarlarda davam etdiriləcəkdir. Elmi-metodik seminarların cədvəli DİM-in internet saytında yerləşdirilmişdir.